Argentinalı futbolçu Lukas Trexonun həyat yoldaşı və iki uşağı Venesuelada baş verən zəlzələlərdə ölüb.
Modern.az xəbər verir ki, bu barədə futbolçunun çıxış etdiyi "Maritimo" klubunun mətbuat xidməti məlumat yayıb.
Onların meyitləri 74 saat sonra axtarış-xilasetmə işləri zamanı tapılıb.
Xatırladaq ki, 38 yaşlı Trexo "Maritimo"ya cari ilin fevralında azad agent statusu ilə keçib.
Futbolçu karyerası boyunca Venesuela, Peru, Meksika, Argentina və Yunanıstan çempionatlarında oynayıb.
Venesuelada güclü zəlzələ iyunun 24-də axşam baş verib. Təxminən 40 saniyəlik fasilələrlə 7,2 və 7,5 maqnitudada iki zəlzələ qeydə alınıb.