Modern.az

Finlandiyanın NATO üzvlüyü bu tarixədək təsdiqlənəcək - İDDİA

Finlandiyanın NATO üzvlüyü bu tarixədək təsdiqlənəcək - İDDİA

Dünya

15 Mart 2023, 14:50

Türkiyə parlamenti aprelin ortalarına qədər Finlandiyanın NATO-ya üzvlüyünü ratifikasiya edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə "Reuters" mənbələrinə istinadən yazıb.

 

Məlumata görə, Finlandiyanın NATO-ya üzvlüklə bağlı müraciətinə İsveçin müraciətindən ayrıca baxılması planlaşdırılır.

 

Qeyd edək ki, Finlandiya prezidenti Sauli Niinstö Türkiyəyə səfər edəcək və həmkarı Rəcəb Tayyib Ərdoğanla NATO-ya üzvlük məsələsini müzakirə edəcək.

Sizə yeni x var
Keçid et
Putin kəşfiyyata təcili ƏMR VERDİ - Türkiyəni kimlər qarışdırır?