Modern.az

Şoyqunun qızı fitnes-blogerdən boşanıb - SKANDAL

Şoyqunun qızı fitnes-blogerdən boşanıb - SKANDAL

Dünya

11 Avqust 2023, 17:24

Rusiyanın müdafiə naziri Sergey Şoyqunun qızı Kseniya və onun həyat yoldaşı məşhur fitnes-bloger Aleksey Stolyarov ayrılıb.

 

Modern.az "Bild"ə istinadən xəbər verir ki, Kseniya Şoyqu gözlənilmədən "artıq cütlük olmadıqlarını" elan edib.

 

Stolyarov isə əlavə edib ki, ayrılıq bir neçə ay əvvəl baş verib, lakin cütlük ünsiyyətdə olmağa və ortaq bir qız böyütməyə davam edir.

 

Məlumata görə, boşanma təsadüfi baş verməyib və böyük skandalla müşayiət olunub. Belə ki, son aylar Stolyarov "qəşəng həyat tərzinə və daimi xaricə səfərlərinə görə" mütəmadi olaraq tənqid edilib.

 

Bəzi iddialara görə, Rusiya prezidenti Vladimir Putin qızının evliliyi ilə bağlı Sergey Şoyqu ilə bir neçə dəfə əlaqə saxlayıb və ondan “kürəkənini susdurmağı” istəyib və bundan sonra Kseniya Şoyqu Stolyarovla münasibətini kəsib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok