Modern.az

Orbanın xarizmatik rəqibi seçki nəticələrini DƏYİŞƏ BİLƏCƏKMİ?

Orbanın xarizmatik rəqibi seçki nəticələrini DƏYİŞƏ BİLƏCƏKMİ?

25 Aprel 2024, 09:48

Bir vaxtlar Macarıstanın hökumət partiyası "Fidesz"in üzvü olan, sonra isə müxalifətə keçən Peter Maqyar qarşıdan gələn Avropa Parlamentinə və yerli qanunverici orqana namizədliyini irəli sürməyə hazırlaşır.

 

Modern.az "Medyascope"a istinadən xəbər verir ki, siyasətçi "nə sağ, nə sol" - mərkəz siyasət yürütdüyünü bəyan edir.

 

İyunun 9-da keçiriləcək Avropa Parlamenti seçkilərinə həftələr qalmış Magyar Macarıstanın milli şairi kimi tanınan Petöfi Şandorun şeirindəki məşhur misralardan ilhamlanaraq “Ayağa qalx, macar!” şüarını irəli sürüb.  Macarıstan Ali Seçki Komissiyasının siyasi partiyalara seçkilərdə iştirak etmək üçün verdiyi müraciət müddəti martın 12-də başa çatıb.

 

Maqyar aprelin 17-də iyun seçkiləri üçün seçki komissiyasına ərizə təqdim edərək strateji addım atdı və əvvəllər məlum olmayan Tisza Partiyasının bayrağı altında namizədliyini açıqladı. “Hörmət” və “azadlıq” sözlərinin birləşməsindən yaranan Tisza Partiyasının adı Macarıstan və Mərkəzi Avropanın mühüm çaylarından biri olan Tisza çayının adını da daşıyır.

 

 

Peter Maqyar "Medyascope"a açıqlamasında Makronun Fransada yarada bildiyi dəyişiklik küləyinə Macarıstanın da ehtiyacı olduğunu bildirib. Mövcud seçki sistemi 2011-ci ildən bəri Macarıstan parlamentində mühüm qərarların qəbulu üçün üçdə iki səs çoxluğunu tələb edir. Maqyar isə əmindir ki, mövcud seçki sisteminə baxmayaraq, Makron Macarıstanda Fransada oynadığı birləşdirici qüvvə rolunu oynaya bilər. O, ölkənin mühüm universitet şəhəri kimi tanınan Peçdə keçirdiyi siyasi mitinqə toxunub: "Görün, bu gün burada nə qədər insan topladıq və hər keçən gün artırıq".

 

Siyasətçi bəyan edib ki, o, güclü üzv dövlətlərlə güclü Avropa İttifaqına inanır. Maqyar ümumavropa kimi dövlətlərüstü struktur ideyasını dəstəkləməsə də, Orbandan fərqli olaraq Brüssellə yaxşı münasibətlərin olmasının vacib olduğunu bəyan edib. Paytaxt Budapeştdən kənarda belə bir izdihamın bir araya gəlməsi Maqyar üçün uğur sayıla bilər. Keçən il müxalifətin çətir namizədi kimi ümumi seçkilərə qatılan Peter Marki-Zay-ın təşkil etdiyi mitinqə qatılanların sayı aprelin 23-ü axşam saatlarında Maqyarı dəstəkləməyə gələnlərdən qat-qat az idi.

 

Yazıda qeyd olunub ki, Budapeştdən kənarda diqqəti cəlb etmək Orbanın ən böyük üstünlüklərindən biri olub və bundan çəkinmədən müxalifətə qarşı istifadə edib. Lakin onun partiyasının siyasi manifestinin hələ yekunlaşmadığı və yerli seçkilərə həftələr qaldığı üçün Maqyarın xarizmatik siyasi fiqur kimi rolunun macar seçicilərini inandırmağa kifayət edib-etməməsi maraq doğurur.

Bu xəbər ilə bağlı
Orban faktoru Macarıstan seçkilərinə necə təsir edəcək?
Xəbəri oxu
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok