Tbilisidə keçirilən mitinq iştirakçıları hesab edirlər ki, Ukraynada Gürcüstanın da azadlığı uğrunda mübarizə xətti davam edir. Modern.az saytı xarici KİV-ə istinadən bildirir ki, Ukraynanın Tbilisidəki səfirliyi qarşısında baş tutan aksiyada “Ukraynaya eşq olsun!” şüarı səsləndirilib: “Əlbəttə, gürcü xalqı ukraynalılarla həmrəydir, bu xalqın azadlıq cəhdlərini hiss edir”, - aksiya iştirakçılarından olan David Esaişvili deyib.