Modern.az

Fidan iranlı həmkarı ilə danışıqlar apardı

Fidan iranlı həmkarı ilə danışıqlar apardı

Dünya

24 Mart 2025, 23:40

İranın xarici işlər naziri Abbas Əraqçi ilə türkiyəli həmkarı Hakan Fidan arasında telefon danışığı olub.

 

Modern.az xəbər verir ki, bu barədə İran KİV-i məlumat yayıb.

 

Danışıq zamanı İsrailin Qəzzaya və Livana hücumları, ABŞ-nin Yəmənə endirdiyi zərbələr müzakirə olunub.

 

Diplomatlar qarşılıqlı maraq doğuran digər məsələlər barədə də danışıblar.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xətaiyə görə dava edənlərin məqsədi ... - Professordan şok faktlar