Modern.az xəbər verir ki, ABŞ-ın keçmiş vitse-prezidenti Dik Çeyni CNN telekanalına müsahibəsində şok yaradan fikri bildirib.
Onun sözlərinə görə, İŞİD silahın istənilən növünə malikdir və ABŞ-ın daxili təhlükəsizliyi ciddi təhdid altındadır.
İŞİD terroçularının kimyəvi, bioloji və nüvə silahından ABŞ-a qarşı istifadə edə biləcəyini deyən Dik Ceyni 11 sentyabr 2001-ci hücumlarının təkrarlanacağını istisna etmir: “Yeni hücum daha “öldürücü silah”ın istifadəsi ilə həyata keçirilə bilər”.
Dik Çeyni həmçinin İŞİD-in sürətlə yayılmasına görə prezident Barak Obamanı ittiham edib.