Türkiyə təhlükəsizlik qüvvələri PKK-ya qarşı keçirilən anti-terror əməliyyatları zamanı Ağrı vilayətinin Doğubeyazit rayonunda əvvəlcədən müəyyən olunmuş bir neçə ünvana basqın edərək minalar aşkarlayıb.
Modern.az “Daily Sabah”a istinadla bildirir ki, bu barədə hərbi mənbə məlumat verib.
Məlumata görə, minaların Almaniya istehsalı olduğu məlum olub.
Qeyd olunur ki, əməliyyat çərçivəsində piyada əleyhinə 8 DM-11 minası götürülüb.
DM-11-in partlaması üçün 10 kiloqramlıq təzyiq lazımdır.
Aqşin Kərimov