Martın 13-də Ankaradakı terror aktının PKK tərəfindən törədilməsi rəsmən təsdiqlənib. Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyənin Daxili İşlər Nazirliyi hadisənin Kürd Fəhlə Partiyasının (PKK) üzvü, 1992-ci il təvəllüdlü Səhər Çağla Dəmir tərəfindən törədildiyini təsdiqləyib.
Qars vilayətinin Kağızman rayonunda pasport qeydiyyatında olan terrorçu-intiharçının 2013-cü ildən PKK-ya qoşulduğu deyilir. Qeyd edək ki, terror aktı nəticəsində 37 nəfər həlak olub.
Modern.az