Modern.az

“Çevriliş xəbərini kürəkənimdən öyrəndim”

“Çevriliş xəbərini kürəkənimdən öyrəndim”

Current

20 İyul 2016, 23:13

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 15 iyulda dövlət çevrilişinə cəhd edilən vaxt yaşadıqları barədə danışıb.

 

Modern.az saytının məlumatına görə, Ərdoğan “Əl-Cəzirə” telekanalına müsahibəsində deyib ki, xalq hərbi çevrilişin qarşısını alıb.

 

Prezident bununla yanaşı, çevrilişlə bağlı xəbərin kürəkənindən öyrəndiyini bildirib.

 

Ərdoğan onu da qeyd edib ki, Türkiyə kəşfiyyatında boşluqlar olduğu göz önündədir.

 

Xatırladaq ki, Türkiyə tərəfi çevriliş planının Fətullah Gülən şəbəkəsinə məxsus “paralel hökumət” tərəfindən təşkil olunduğunu bəyan edib.

 ABŞ-da yaşayan Fətullah Gülən isə bu ittihamları rədd edib.

 

Aqşin KƏRİMOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı