Modern.az

Qatarla Tbilisiyə səfər edəcək sərnişinlər üçün tələb olunan SƏNƏDLƏR

Qatarla Tbilisiyə səfər edəcək sərnişinlər üçün tələb olunan SƏNƏDLƏR

Aktual

Bu gün, 14:50

Bakı-Tbilisi qatarına minik üçün biletlə yanaşı başqa sənədlərin təqdim olunması mütləqdir.

Bu barədə Modern.az-a "Azərbaycan Dəmir Yolları"na QSC (ADY) istinadən xəbər verir.

Məlumata əsasən, bu sənədlərə ümumvətəndaş pasportunun əsli (mygov-dan əldə edilmiş rəqəmsal versiya keçərli deyil), Gürcüstan tərəfinin tələblərinə uyğun olaraq sağlamlıq sığortası, 5 yaşadək bir uşaqla səfər üçün onun adına rəsmiləşdirilmiş pulsuz bilet, bir valideynlə səfər edən uşaq (-lar) üçün digər valideynin və ya başqa bir böyüklə (valideynsiz) səfər edən uşaq (-lar) üçün hər iki valideynin ayrı-ayrılıqda notarial qaydada təsdiqlənmiş etibarnaməsi daxildir.

"Qatara sürətli və rahat keçid üçün qeyd olunan sənədləri özünüzlə götürməyi unutmayın. Bu gün saat 23:10-da Bakı-Tbilisi qatarı ilk səfərinin həyata keçirəcək. Hər bir sərnişinimizə uğurlu yollar arzu edirik!", - ADY-dən bildirilib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı