Modern.az

Masallıda 8 otaqlı ev yandı

Masallıda 8 otaqlı ev yandı

مورد توجه

19 Sentyabr 2016, 11:07

Masallıda yanğın faktı qeydə alınıb.

 

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, bu gün Masallı rayonunun Qasımlı kəndində vətəndaşa məxsus ümumi sahəsi 288 m2 olan ikimərtəbəli, 8 otaqlı evdə yanğın baş verib.

 

Yanğın nəticəsində evin 24 m2 sahəsi əşyaları  ilə birlikdə yanaraq kül olub.

 

Dərhal FHN-nin əməkdaşları hadisə yerinə cəlb edilib. Yanğınsöndürənlərin əməyi nəticəsində yaxınlıqda yerləşən digər tikililər və evin qalan hissəsi yanğından mühafizə olunub.

 

Yanğın saat 07:52-də söndürülüb.

 

 

Mirmahmud KAZIMOĞLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı