Modern.az

Bakıda 3 ünvanda minib-düşmə yeri yaradılıb

Bakıda 3 ünvanda minib-düşmə yeri yaradılıb

Aktual

Bu gün, 15:02

Bakının Səməd Vurğun və Mərdanov qardaşları küçələrində mövcud küçə parklanma yerlərinin bir hissəsi ləğv olunaraq yaxınlıqda yerləşən tibb müəssisələrinə gələnlər üçün əlavə şərait yaradılıb.

Bu barədə Modern.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Məlumata əsasən, Səməd Vurğun küçəsi, Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının qarşısında "3.28" - "durmaq qadağandır" yol nişanı quraşdırılaraq minib-düşmə yeri təşkil olunub.

Eyni zamanda "5.14" – "minik taksilərinin duracaq yeri" yol nişanı yerləşdirilməklə taksilərin sərnişinləri düşürmələri üçün şərait yaradılıb.

Bundan əlavə, Mərdanov qardaşları küçəsi, Respublika Pediatriya Mərkəzinin və Kliniki Tibbi Mərkəzin qarşılarında "3.28" - "durmaq qadağandır" nişanları quraşdırılaraq minib-düşmə yerləri təşkil edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı