Modern.az

Mirzoyan: Tarixi imkanı qaçırmayacağıq

Mirzoyan: Tarixi imkanı qaçırmayacağıq

Dünya

25 May 2026, 15:10

Ermənistan Türkiyə sərhədinədək dəmir yolunun tikintisi ilə bağlı Rusiya ilə danışıqları davam etdirir.

Modern.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.

O qeyd edib ki, Gümrü-Qars dəmir yolunun fəaliyyət göstərməməsinə səbəb olan çatışmayan hissə mütləq inşa edilməlidir:

“Hazırda rusiyalı həmkarlarımızla danışıqlar aparırıq. Əgər bu layihəni onlarla birlikdə həyata keçirmək mümkün olsa, yaxşı olar. Əks halda başqa həll yolu tapacağıq. Amma bu məsələ mütləq həll edilməlidir”.

Nazirin sözlərinə görə, Ermənistanın Şərqlə Qərb arasında alternativ yükdaşıma marşrutuna çevrilmək üçün tarixi imkanı var.

“Biz bu imkanı qaçırmayacağıq. Buna görə də məsələ həllini tapmalıdır”, – deyə o əlavə edib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ramiz Mehdiyevin milyardları əlindən alınır - Şok sərvət siyahısı - Xəbəriniz Var?