Modern.az

“Səs vermək üçün bütün imkanlar yaradılıb”

“Səs vermək üçün bütün imkanlar yaradılıb”

Current

26 Sentyabr 2016, 08:58

“Azərbaycan seçicilərinin səs verməsi üçün bütün imkanlar yaradılıb”.

Modern.az-ın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Azərbaycan Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə təyin edilmiş ümumxalq səsverməsinin (referendum) başlanmasını elan edərkən deyib.

MSK sədri xatırladıb ki, səsverməni 53 mindən çox müşahidəçi izləyəcək.

M.Pənahov səsvermənin aşkar şəkildə keçəcəyini və gün ərzində məlumatların veriləcəyini bildirib:

“Ümumilikdə, nəticələrin ictimaiyyətə çatdırılması beynəlxalq standartlara uyğun aparılacaq. Azərbaycan seçicilərinin konstitusion haqlarını yerinə yetirilmələri üçün bütün imkanlar yaradılıb”

 

Ağa AKİFOĞLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı