Modern.az

Məktəbəqədər təhsil müəssisələrinə lisenziya müddətsiz veriləcək

Məktəbəqədər təhsil müəssisələrinə lisenziya müddətsiz veriləcək

Актуально

18 Oktyabr 2016, 11:46

Azərbaycanda bütün məktəbəqədər təhsil müəssisələri üçün xüsusi razılıq (lisenziya) müddətsiz veriləcək.

 

Modern.az-ın xəbərinə görə, bu, Milli Məclisin Elm və təhsil komitəsinin bugünkü iclasında müzakirə olunan “Məktəbəqədər təhsil haqqında” qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinin 12-ci maddəsinin 2-ci hissəsinə əsasən, məktəbəqədər təhsil müəssisələrinə xüsusi lisenziya müddətsiz verilir.

 

Məktəbəqədər təhsil müəssisələrinin akkreditasiyası və attestasiyası da aparılacaq. Layihədə o da bildirilir ki, məktəbəqədər təhsil sahəsində təhsil xidmətləri göstərən hüquqi və fiziki şəxslər tərəfindən məktəbəqədər təhsilin vəzifələri pozulduqda, məktəbəqədər təhsilin dövlət standartlarının tələbləri yerinə yetirilmədikdə onların lisenziyası ləğv edilir.

Qanun layihəsi ilk oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

 

Ağa AKİFOĞLU

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı