Modern.az

Şəmkirdə evdə partlayış baş verib

Şəmkirdə evdə partlayış baş verib

مورد توجه

14 Aprel 2017, 21:20

Şəmkirdə evdə partlayış olub. Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə İrmaclı kəndində qeydə alınıb. Kənd sakini, 1976-cı il təvəllüdlü Mərdanova Nazilə Tanrıverdi qızı yaşadığı evdə qaz sobasını yandırdığı zaman partlayış baş verib. Ağır yanıq xəsarətləri alan qadın əvvəlcə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına, oradan isə Gəncədə olan xəstəxanalardan birinə yerləşdirilib.

 

Vəziyyəti ağır olduğundan N.Mərdanovanın Bakıdakı aidiyyəti üzrə tibb müəssisələrindən birinə aparılması nəzərdə tutulur.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı