Modern.az

Sabahın hava PROQNOZU - Meteohəssas insanlara XƏBƏRDARLIQ

Sabahın hava PROQNOZU - Meteohəssas insanlara XƏBƏRDARLIQ

Aktual

16 Yanvar 2018, 12:38

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Modern.az-a verdiyi məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında

hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək, gündüz arabir güclənəcək. 

Havanın temperaturunun Abşeron yarımadasında gecə 0-3, gündüz 5-7, Bakıda gecə 1-3, gündüz 5-7 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqinormadan yüksək 769 mm civə sütunundan 762 mm civə sütununa enəcək, nisbi rütubətgecə 70-80, gündüz 55-60 faiz təşkil edəcək.

 

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi dağlıq ərazilərdə yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturunun gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-8 dərəcə isti,dağlarda gecə 7-12, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir.

 

Tibbi-meteoroloji proqnoz

Yanvarın 17-19-da Abşeron yarımadasında qış fəsli üçün səciyyəvi olan hava şəraiti müsbət amil olsa da, atmosfer təzyiqinin enməsi fonunda arabir güclənən gilavar küləyi bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər. 

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı