“Dəniz kuboku - 2018” müsabiqəsində iştirak edən dövlətlərin nümayəndələri üçün mədəni proqram təşkil olunub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Azərbaycana müxtəlif ölkələrdən gələn hərbi dənizçilər proqram çərçivəsində Bakının görməli yerlərində olub, tarixi abidələri ziyarət ediblər.
Paytaxtımızın gözəlliyi, müasir tikililər və aparılan quruculuq işləri qonaqlarda xoş təəssüratlar oyadıb.