Prezident İlham Əliyev İrina Viner-Usmanovanın “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Modern.az-ın xəbərinə görə, sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında idman sahəsində əlaqələrin möhkəmləndirilməsində xidmətlərinə görə İrina Aleksandrovna Viner-Usmanova “Dostluq” ordeni ilə təltif edilsin.