Modern.az

Müğənnilər YAP-a üzv oldular

Müğənnilər YAP-a üzv oldular

Current

13 Yanvar 2012, 13:50

Bu gün  Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında bir qrup tanınmış incəsənət  adamlarına hakim partiyanın üzvlük vəsiqəsi verilib.

Müğənnilərdən Xalq artistləri Ağadadaş Ağayev və Zülfiyyə Xanbabayeva, Əməkdar artistlər Cavanşir Məmmədov, Firuzə İbadova, Elza Qasımova (Seyidcahan) və Lalə Məmmədova, Əməkdar artist, Prezident təqaüdçüsü, Azərbaycan Dövlət Rəqs Ansamblının solisti Eteri Cəfərova, müğənni Samirə Allahverdi, aktyor Elməddin Cəfərov, modelyer Gülnarə İbadova, müğəni Yaşar Yusifov və rəssam Xəzər Nəbiyev Yeni Azərbaycan Partiyasına üzv olub.

Modern.az saytı xəbər verir ki, vəsiqəni onlara YAP icra katibi, deputat Əli Əhmədov təqdim edib. Ə.Əhmədov bildirib ki, hakim partiyanın üzvlərinin sayı  560 minə yaxındır.

Modern.az 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı