Modern.az

Sumqayıt qazsız qalacaq

Sumqayıt qazsız qalacaq

Current

4 İyul 2019, 20:56

Sumqayıtda  “Şəhər 1” orta təzyiqli yeraltı qaz kəmərində sızma baş verib.

Modern.az xəbər verir ki, Sumqayıt  Qaz  İstismarı Sahəsindən APA-ya verilən məlumata görə, yaranan problemin aradan qaldırılması məqsədilə  iyulun  5-də saat 10:00-dan  saat 17:00-dək  şəhərin 1, 2, 3,4, 5, 6, 7, 8-12, 15, 16, 17, 18, 19, 22, 29, 30, 34, 36, 45-ci məhəllələrin, 1, 5, 6-cı mikrorayonların, “Betonzavod” yaşayış massivinin və “İnşaatçılar” qəsəbəsinin qaz təchizatı dayandırılacaq.

Aparılan təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı