Neftçala rayonunda baş verən yol qəzasında xəsarət alanlardan biri xəstəxanada dünyasını dəyişib.
Modern.az “Report”a istinadən xəbər verir ki, həkimlərin müdaxiləsinə baxmyaraq 1972-ci il təvəllüdlü Əmirov Şahlar Miraslan oğlunun həyatını xilas etmək mümkün olmayıb.
***
Neftçala rayonunda baş verən yol qəzasında xəsarət alanların adları məlum olub.
Modern.az “Report”a istinadən xəbər verir ki, bunlar rayonun Bankə qəsəbəsinin sakinləri, “Mersedes”in sürücüsü 1984-cü il təvəllüdlü Əmirov Mirzamir Seyidhəsən oğlu, 1985-ci il təvəllüdlü Əmirov Əfqan Mirabdulla oğlu, 1978-ci il təvəllüdlü Ağayev Amil Qabil oğlu, 2012-ci il təvəllüdlü Əmirli Miraslan Şahmar oğlu, 1985-ci il təvəllüdlü Ağasıyev Tahir Əflatun oğlu, 1972-ci il təvəllüdlü Əmirov Şahlar Miraslan oğlu, 1977-ci il təvəllüdlü Əmirov Şahmar Miraslan oğludur.
***
Neftçala rayonunda 6 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Modern.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Şirvan kəndi ərazisində qeydə alınıb.
İlkin məlumata görə, “Mersedes” markalı avtomobilin aşması nəticəsində 6 nəfər xəsarət alıb. Yaralılar Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda xəsarət alanların kimliyi müəyyənləşdirilir.
Faktla bağlı araşdırma aparılır.