Türkiyə ordusu Suriyanın Aleppo əyalətində yerləşən “Nayrab” hərbi aerodromunu hədəf alıb.
Modern.az “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, hərbi obyekt Bəşər Əsəd gücləri tərəfindən aktiv şəkildə istifadə olunurdu.
Qeyd edilir ki, zərbə aerodroma Türkiyə Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatları və artilleriyası tərəfindən endirilib. Agentlik digər təfərrüatları açıqlamır.
Qeyd edək ki, daha əvvəl Türkiyə İdlib səmasında Suriyaya məxsus iki təyyarəni məhv etmişdi.