Modern.az

Bakıda itkin düşən 3 nəfər tapıldı

Bakıda itkin düşən 3 nəfər tapıldı

Aktual

2 Mart 2020, 10:34

Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 29-dan və martın 2-dək 29 cinayətin üstü açılıb.

 

Bakı şəhər Baş Polis İdarəsindən Modern.az-a verilən məlumata görə, onlardan 6-sı əvvəlki dövrlərdən bağlı olan cinayətlər olub.

 

Xuliqanlıq üzrə 6, narkotiklərlə əlaqəli 6, baş vermiş oğurluq hadisələri ilə əlaqədar, əməliyyat-axtarış tədbirlər nəticəsində daha 10 faktın açılması tədbirlərlə təmin olunub.

 

Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 6 nəfər saxlanılıb.

 

İtkin düşmüş kimi axtarışı elan olunan 3 nəfər tapılaraq ailəsinə təhvil verilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı