Ali məktəblərə keçirilən qəbul imtahanlarında iştirak edən abirturiyentlərin ixtisasa seçimi sabah başa çatacaq. Bu barədə Modern.az-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından məlumat verilib.
Bildirilib ki, 2012/2013-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarının nəticələrinə əsasən müsabiqə şərtlərini ödəyən abituriyentlər 2012-ci il avqustun 7-dən avqustun 16-dək internet vasitəsilə ixtisas seçimi aparırlar.
İxtisas seçimi 16 avqust saat 23:59-da başa çatacaqdır. Həmin vaxta qədər ixtisas seçiminə buraxılmış bütün abituriyentlər ixtisas seçimi etməli və mütləq “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”ni təsdiqləməlidirlər. Ərizələrini təsdiqləməyən abituriyentlər müsabiqədə iştirak etmək hüququnu itirirlər.
Qeyd edilib ki, ixtisas seçimi mərhələsində abituriyentlər qəbul olmaq istədikləri ixtisasları seçib onların kodlarını “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edirlər. 15 avqust saat 10:00-dək həmin abituriyentlərdən 34081 nəfəri ixtisas seçimi ərizəsini təsdiq edib.
| ||||||||||||||||||||||||||||||
Anar RÜSTƏMOV