Modern.az

Xankəndi də düşmən əsarətindən xilas olaraq Şuşa kimi işıqlanacaq - Deputat

Xankəndi də düşmən əsarətindən xilas olaraq Şuşa kimi işıqlanacaq - Deputat

مورد توجه

3 Sentyabr 2021, 11:33

Sentyabrın 2-də Qarabağdakı terrorçu-separatçılar Ermənistandan gələn nümayəndə heyəti ilə birgə qondarma rejimin “müstəqillik” gününü qeyd etdilər.

Bu hadisə haqlı olaraq Azərbaycan cəmiyyəti tərəfindən hiddətlə qarşılandı.


Heç şübhəsiz ki, Ermənistan bu addımları Azərbaycanı təxribata çəkmək üçün atdı. Nikol Paşinyan da vaxtilə tez-tez Qarabağa səfər edərək, Qarabağın Ermənistan ərazisi olduğunu söyləyirdi. Yəqin ki, hər birimiz ötən ilin may ayında Paşinyanın Şuşaya səfərini, orada sərxoş vəziyyətdə rəqs etməsini yaxşı xatırlayır. O vaxt da cəmiyyətdə Şuşanın vurulması ilə bağlı ciddi çağırışlar edilirdi. Ancaq ölkə rəhbərliyi soyuqqanlılıq nümayiş etdirərək, uyğun məqamı gözlədi. Nəhayət 2020-ci il sentyabrın 27-dən başlayaraq noyabrın 10-dək Azərbaycan Ermənistana vacib zərbəni vurub, qısa müddətdə işğal altında olan torpaqlarımızı düşməndən azad etdi.


Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan hazırda Qarabağda baş verənləri diqqətlə izləyir. Lazım olan məqamda Ermənistana növbəti yekun zərbə vurulacaq. Ermənistan havadarlarına nə qədər arxayın olsa da, bu, onu Azərbaycanın əlindən xilas edə bilməyəcək. Görünür bir “dəmir yumruq” Ermənistanın özünə gəlməsi üçün yetərli olmadı. Növbəti yumruğa ehtiyac var. Ermənistan tərəfi bilməlidir ki, Azərbaycan torpaqlarının işğalı ilə heç zaman barışmayacaq.


Bu gün Azərbaycan böyük uzaqgörənliklə Qarabağda sürətli abadlıq və quruculuq işləri həyata keçirir. Tezliklə işğaldan azad olunan ərazilərimiz dünyanın ən abad və gözəl bölgələrindən birinə çevirəcək. Heç şübhəmiz yoxdur ki, bütün torpaqlarımız tezliklə işğaldan tamamilə azad olunacaq.


Hazırda əsas məqsəd və hədəf qələbənin daha da möhkəmləndirilməsi, birlik və həmrəyliyimizin qorunması, abadlıq işlərinin sürəli aparılması olmalıdır. Yorğan davasının hazırkı məqamda heç yeri yoxdur.


P.S. Bu şəkildə Şuşa işığa qərq olmuş vəziyyətdə, Xankəndi isə zülmət içərisindədir. Zaman gələcək, Şuşa kimi Xankəndi də düşmən əsarətindən xilas olunaraq, işığa qərq olacaq. O gün uzaqda deyil, buna tam əminik.  


Ceyhun Məmmədov,
Milli Məclisin deputatı

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı