Qarabağdakı Rusiya sülhməramlı kontingentinin rəhbəri, general-leytenant Rüstəm Muradov Ağdərədə erməni separatçılarına əsir düşən azərbaycanlı hərbçi Cəmil Babayevlə görüşüb.
Rüstəm Muradov Qarabağda məskunlaşan qanunsuz silahlı birləşmələrin əsir saxladığı Azərbaycan əsgəni azad etmək əvəzinə, onunla şəkil çəkdirərək Rusiya mətbuatında yayıb.
Xatırladaq ki, Cəmil Babayev avqustun 25-də Ağdərə istiqamətində Rusiya sülhməramlılarının müvəqqəti nəzarət etdiyi ərazidə ermənilər tərəfindən əsir götürülüb.
Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazidəki erməni separatçılar azərbaycanlı hərbçiyə "cinayət işi” açıblar.
Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, C.Babayev Gəncə hospitalının psixiatriya bölməsini özbaşına tərk edib. Bu səbəbdən onun haqqında cinayət işi başlanılıb, araşdırma aparılır.
A.Qorxmaz