Modern.az

“Maşa və Ayı”nın Azərbaycan buraxılışı bu səbəbdən silinib - YENİLƏNİB

“Maşa və Ayı”nın Azərbaycan buraxılışı bu səbəbdən silinib - YENİLƏNİB

Aktual

3 Sentyabr 2021, 17:40

“Maşa və Ayı” cizgi filminin istehsalçısı "Animaccord" şirkəti Azərbaycana həsr olunan videonun silinməsinə münasibət bildirib.

 

Modern.az xəbər verir ki, məlumata görə, müəlliflər videoda bir neçə səhvə yol veriblər. Bu səbəbdən video “Youtube” kanalından götürülüb.

 

Qeyd olunub ki, yanlışlıq aradan qaldırıldıqdan sonra görüntülər yenidən yayımlanacaq. 

 

Şirkətin yaydığı məlumatda söhbətin hansı səhvlərdən getdiyi açıqlanmayıb.

 

 

***

“Maşa və Ayı” cizgi filminin Azərbaycana həsr olunan buraxılışı şirkətin rəsmi “Youtube” kanalından silinib.

 

Modern.az xəbər verir ki, “Cırtdan” xalq nağılı əsasında hazırlanan videonun Rusiyada fəaliyyət göstərən erməni diaspor nümayəndələri və Ermənistan vətəndaşlarının şikayətləri əsasında platformadan silindiyi bildirilir.

 

Qeyd edək ki, çizgi filmində Azərbaycanın milli yeməkləri - təndir çörəyi, paxlava, şəkərbura, dolma göstərilib və məşhur “Cücələrim” mahnısı səsləndirilib.


Çoxsaylı izləyicilər tərəfindən böyük maraqla qarşılanan video avqustun 12-də yayımlanmışdı.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı