Modern.az

Əfv sərəncamının icrasına başlayıblar

Əfv sərəncamının icrasına başlayıblar

مورد توجه

27 Dekabr 2012, 10:06

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin dekabrın 26-da imzaladığı əfv sərəncamının icrasına artıq başlanılıb. Modern.az xəbər verir ki, prezidentin imzaladığı sərəncama uyğun olaraq, bu gün səhər saatlarından əfvə düşən məhkumların cəzaçəkmə müəssisələrindən buraxılmasına başlanılıb.
Bu barədə Ədliyyə Nazirliyi Penitensiar Xidmətindən məlumat verilib.

Qeyd edək ki, prezidentin dekabrın 26-da  imzaladığı sərəncam ümumilikdə 87 nəfərə şamil olunub. Onlardan 79 nəfəri cəzasının çəkilməmiş hissəsindən, 4 nəfər islah işləri cəzasının çəkilməmiş hissəsindən, daha 4 nəfər isə cərimə cəzasından azad edilib. 

Həmçinin Prezident İlham Əliyevin imzaladı əfv sərəncamı ilə tanınmış məhkumlar - “Xural” qəzetinin Lənkəran bölgəsi üzrə müxbiri Aydın Canıyev, İranın «Səhər» televiziyasının müxbiri Anar Bayramlı, hüquq müdafiəçiləri Vidadi İsgəndərli və Taleh Xasməmmədov, AXCP-nin təşkilat şöbəsinin müdiri Şahin Həsənli azadlığa buraxılıb.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı