Milli Məclis Xarici İşlər Nazirliyi ilə birgə müzakirələr keçirəcək.
Modern.az-ın məlumatına görə, bu barədə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin 2022-ci il yaz sessiyası üçün İş planında bildirilib.
Qeyd edilib ki, komitənin 2022-ci il yaz sessiyası üçün iş planına Azərbaycan Respublikasının xarici siyasətinin strateji istiqamətlərini inkişaf etdirmək, həmçinin Xarici İşlər nazirliyində hazırlanan xarici siyasət strategiyasına tövsiyələr vermək daxil edilib.