Modern.az

DİM imtahan keçirdi

DİM imtahan keçirdi

Aktual

22 Yanvar 2022, 17:46

Dövlət İmtahan Mərkəzində (DİM) 2022-ci il yanvarın 22-də TOEFL iBT imtahanı keçirilib.

 

Modern.az Mərkəzin saytına istinadən xəbər verir ki, imtahan DİM-in Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında müvafiq sanitar-gigiyenik qaydalara uyğun təşkil olunub.

 

İmtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub və imtahan otağında iştirakçıların bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunub.

 

İmtahanda 1 əcnəbi olmaqla 17 nəfər iştirak edib. İştirakçılar imtahan nəticələrini ETS-in saytında yaradılmış şəxsi hesab vasitəsilə 6 gün sonra onlayn şəkildə öyrənə bilərlər.

 

Növbəti TOEFL iBT imtahanının 12 fevral 2022-ci il tarixində keçirilməsi nəzərdə tutulur.

 

Qeydiyyatdan keçmək qaydaları haqqında ətraflı məlumatı aşağıdakı linkdən əldə etmək mümkündür:

 

//dim.gov.az/activities/exams/toefl/

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı