Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Modern.az xəbər verir ki, hadisə rayonun Qızılhacılı qəsəbə yolunda qeydə alınıb.
Məlumata görə, qəza nəticəsində 2 nəfər ölüb, bir neçə nəfər isə yaralanıb. Yaralılar xəstəxanaya aparılıblar.
Ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.
***
Goranboyda baş vermiş qəza nəticəsində ölənlərin və xəsarət alanların kimliyi müəyyənləşib.
Modern.az xəbər verir ki, iki avtomobilin toqquşması zamanı həlak olan şəxslər 1969-cu il təvəllüdlü Tanrıverdiyeva Aybəniz Əli qızı və onun bacısı 1964-cü il təvəllüdlü Tanrıverdiyeva Vəzifə Əli qızıdır.
Xəsarət alanlar 2013-cü il təvəllüdü Əlizadə Cəmilə Rəsul qızı, 1982-ci il təvəllüdlü Əliyev Rəsul Eldar oğlu, 1990-cı il təvəllüdlü Əliyeva Sənəm Məmməd qızı, 1972-ci il təvəllüdlü Əliyeva Dilarə Eldar qızı, 1984-cü il təvəllüdü Orucov İkram İbrahim oğludur.
Yaralılar xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi qiymətləndirilir.
Hazırda faktla əlaqədar araşdırma aparılır.