Rusiyada həbsdə olan müxalifətçi Aleksey Navalnı ölkə vətəndaşlarına müraciət ünvanlayıb.
Modern.az xəbər verir ki, bu barədə “Frans Press” agentliyi məlumat yayıb.
Navalnı Ukraynadakı müharibəyə qarşı çıxaraq, vətəndaşları hər gün etiraz aksiyası keçirməyə çağırıb.
Xatırladaq ki, fevralın 24-də Rusiya Ukraynaya qarşı hərbi əməliyyatlara başlayıb. Hazırda Ukraynanın şimalında, şərqində və cənubunda, həmçinin paytaxt Kiyev ətrafında döyüşlər davam edir. Rusiya Silahlı Qüvvələri ölkənin dərinliyində Ukrayna ordusuna məxsus hərbi obyektlərə aviasiya və raket zərbələri endirir.