Modern.az

Bu stansiyanın tikintisi ilin sonuna YEKUNLAŞACAQ

Bu stansiyanın tikintisi ilin sonuna YEKUNLAŞACAQ

Current

8 Aprel 2022, 15:08

Bakı metropoliteninin Bənövşəyi xətt üzrə 4-cü stansiyası olan B-4 stansiyasının tikintisi bu ilin sonunda başa çatdırılacaq.

 

Bunu Modern.az-a açıqlamasında qurumun tikinti departamentinin rəisi Məzahir Nəbiyev deyib.

 

O bildirib ki, 4 mərtəbədən ibarət olacaq stansiyanın artıq iki mərtəbəsinin tikintisi başa çatıb, 3-cü mərtəbəsinin tikintisinə hazırlıq gedir.

 

"Digərlərindən fərqli olaraq, bu stansiya torpaqda divar üsulu ilə inşa edilir. Hazırda stansiya yolunun üst quruluşunun tikintisinə başlanıb. Bu ilin sonuna kimi stansiyanın tikintisinin başa çatması nəzərdə tutulur. Stansiyanın tikintisi başa çatdırılandan sonra avadanlıqların quraşdırılmasına başlanacaq", - deyə M.Nəbiyev bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı