Modern.az

Paşinyanın fərarilik edən müavini axtarışa verildi

Paşinyanın fərarilik edən müavini axtarışa verildi

Aktual

12 May 2022, 10:04

Ermənistanın Baş naziri Nikol Paşinyanın müavini Ambarsum Matevosyan beynəlxalq axtarışa verilib.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Matevosyan Ermənistan Respublikası Cinayət Məcəlləsinin 327-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq (hərbi xidmətə, təlimə və ya hərbi təlimə çağırışdan yayınma) ittiham edilir.

 

Ermənistan polisi hələ 2011-ci ildə Matevosyanı axtarışa verib. Axtarış 2012-ci ildə dayandırılıb, lakin cinayət işinə nə üçün xitam verildiyi hələ də məlum deyil.

 

Xatırladaq ki, Matevosyan ötən ilin 25 noyabrında Baş nazirin müavini təyin olunub.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı