Modern.az

Azərbaycan millisi Belarusa qarşı

Azərbaycan millisi Belarusa qarşı

Aktual

13 İyun 2022, 08:32

Bu gün Azərbaycan yığması UEFA Millətlər Liqasının qrup mərhələsində növbəti oyununa çıxacaq. 

 

Modern.az xəbər verir ki, yığmamız 4-cü turda doğma meydanda Belarusla qarşılaşacaq. "Dalğa Arena"da keçiriləcək görüş saat 20:00-da başlayacaq. 

 

Komandalar arasında 1 həftə əvvəl Belarusda oynanılan ilk matç 0:0 hesabı ilə yekunlaşıb. Qrupun digər qarşılaşmasında qrup lideri Qazaxıstan Slovakiyanı qəbul edəcək. 

 

Millətlər Liqası, 4-cü tur

C Liqası

3-cü qrup

 

20:00. Azərbaycan - Belarus

 

Hakimlər: Anastasios Papapetru, Trifon Petropulos, İordanis Aptosoqlu, Georgios Tsovaras (Yunanıstan)

"Dalğa Arena".

 

18:00. Qazaxıstan - Slovakiya

Baş hakim: Bram van Direşşe (Belçika)

"Astana Arena"

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı