Almaniyada "Böyük Yeddilik" (G7) ölkələrinin sammiti öz işinə başlayıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, sammitin ilk günündə üç işçi sessiyası keçiriləcək.
Tədbirdə əsasən xarici və təhlükəsizlik siyasəti məsələləri, o cümlədən Ukraynadakı vəziyyət fonunda anti-Rusiya sanksiyaları və Moskvaya təzyiqlərin artırılması müzakirə olunacaq.