Modern.az

Cüdoçularımız Avropa turnirində 6 medal qazandılar

Cüdoçularımız Avropa turnirində 6 medal qazandılar

Aktual

12 Sentyabr 2022, 08:23

Cüdo üzrə Azərbaycan milli komandası İtaliyanın Riççione şəhərində keçirilən açıq Avropa turnirində 6 medal qazanıb.

 

Modern.az xəbər verir ki, cüdoçularımız turnirdə 1 qızıl, 3 gümüş və 2 bürünc medala sahib olublar.

 

Turnirdə 100 kiloqram çəki dərəcəsində final görüşündə Azərbaycan cüdoçuları üz-üzə gəliblər. Məmmədəli Mehdiyevi məğlub edən Zelim Kotsoyev qızıl medal qazanıb. M.Mehdiyev isə gümüş mükafatla kifayətlənib.

 

Daha 2 gümüş medala Rövşən Əliyev (60 kq) və Orxan Səfərov (66 kq) sahib olublar.

 

Bürünc medalları isə yığmamıza Səid Mollayi (81 kq) və Uşangi Kokauri (+100 kq) qazandırıblar.

 

Azərbaycan medal əyarına görə ümumi hesabda üçüncü, kişilər arasında isə ikinci yeri tutub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı