Modern.az

Fransa ATƏT-dəki vasitəçiliyini təhvil verməlidir!

Fransa ATƏT-dəki vasitəçiliyini təhvil verməlidir!

Current

12 Oktyabr 2022, 22:40

Azərbaycanla-Avropa Birliyi arasında əlaqələrin müsbətə doğru inkişafı, o cümlədən Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində Brüssel formatı çərçivəsində, Avropa İttifaqı Şurasının  prezidenti Şarl Mişelin yaxından iştirakı və ciddi cəhdləri sayəsində önəmli addımlar atılıb. 

Modern.az-ın məlumatına görə, bu barədə açıqlama ekspert Vüsalə Hüseynli bildirib ki, proses müsbət tendensiyada inkişafı, bir sıra ölkələrin narahatlığı ilə müşahidə olunur: 

"Təbii ki, bu prosesdən narahat olanlar var. Bu da anlaşılandır. Çünki bəzi ölkələrin burada öz siyasi maraqları var və onlar istəsələr də bunu cizlədə bilmirlər. Fransanın Azərbaycana münasibəti, ümumilkdə Türkiyəyə, müsəlman ölkələrinə münasibəti hamıya bəllidir. Bizdə rəsmi Parisin ATƏT-in Minsk Qrupunun həmsədri kimi 30 il müddətində etdiyi vasitəçilik missiyasında heç bir fəaliyyətinin şahidi olmadıq. Əksinə zaman-zaman Fransanın ermənipərəst mövqelərini və ermənilərin yanında dayandığını müşahidə edə bildik. Bundan əlavə, erməni şovinizminin yalan təbliğatından olan qondarma “soyqırımı” məsələsi və bir neçə il öncə Fransa Milli Assambleyasının qəbul etdiyi qərarını Azərbaycan ictimaiyyəti unutmayıb. 

İndi də Fransa çalışır ki, Brüssel formatını mənimsəyərək, yenidən prosessin aktiv iştirakçısı rolunda yenidən gündəmə gəlsin. Məhz bu səbəbdəndir ki, Azərbaycan ictimaiyyəti fəaliyyətsiz Minsk Qrupundan imtina etməklə bağlı hökumət qarşısında məsələ qaldırıb. Bu həmin rəsmi Parisdir ki, rəsmi və ya qeyri-rəsmi şəkildə bölgədə Ermənistan və İrana dəstək verir. Beynəlxalq təşkilatlarda da bu siyasəti yürüdür. Qardaş Türkiyənin Avropa Birliyinə üzvlüyü məsələsində daim əleyhinə səs verir. Səmərqənd görüşündə də biz Fransa prezidenti Makronun “özfəaliyyəti”nin şahidi olduq.

Maraqlıdır ki, işğal altında olan Azərbaycanın legitim ərazilərinə dəfələrlə qeyri-qanuni səfər edən Fransanın deputatları işğaldan azad olmuş həmin ərazilərə niyə bir dəfə də səfər etməyiblər. Fransa səfiri Şuşaya dəfələrlə səfərə dəvət edilsədə, bilinməyən səbəblərdən səfir bu səfərlərə qatılmayıb”.

V. Hüseynli vurğulayıb ki, rəsmi Paris bizə olan mövqeyini fürsət düşdükcə nümayiş etdirib. İndi isə cavab Azərbaycan ictimaiyyətinindir. Fransa ATƏT-dəki vasitəçiliyini təhvil verməlidir. 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı