Modern.az

Quldurluqda şübhəli bilinən şəxslər saxlanıldı

Quldurluqda şübhəli bilinən şəxslər saxlanıldı

Aktual

25 Fevral 2023, 15:50

Ağstafa rayonunda quldurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Modern.az-a verilən məlumata görə, Polis Şöbəsinə rayon sakini olan bir qadının evinə naməlum şəxslərin qanunsuz olaraq daxil olduğu, ev sahibini ölümlə hədələyərək 250 manat nağd pul, 1 ədəd qızıl üzük və 1 ədəd qızıl sırğanı ələ keçirərək quldurluq etmələri barədə məlumat daxil olub.

 

Rayon Polis Şöbəsinin və Baş Cinayət Axtarışı İdarəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Pərviz Yolçuyev və Ümid Zeynalov saxlanılıb.

 

Pərviz Zeynalovun ətrafında davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində onun rayon sakininə məxsus evdən 39000 manat nağd pul eləcə də paytaxtın Abşeron və Suraxanı rayonlarındakı mənzillərdən müxtəlif qızıl-zinət əşyaları da oğurlaması məlum olub.

 

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı