Modern.az

Bakı siyasi müzakirələrin Davos məkanına çevrilib - Yuşşenko

Bakı siyasi müzakirələrin Davos məkanına çevrilib - Yuşşenko

Aktual

9 Mart 2023, 11:20

Qlobal Bakı Forumunda mütəmadi olaraq iştirak edirəm. Bakı siyasi müzakirələrin Davos məkanına çevrilib. Bu Forumda dünyanı narahat edən ən aktual problemlər və məsələlər müzakirə olunur.

 

Modern.az xəbər verir ki, bunu Ukraynanın sabiq prezidenti Viktor Yuşşenko Bakıda keçirilən “Dünya bu gün: Çağırışlar və Ümidlər” mövzusunda X Qlobal Bakı Forumunda jurnalistlərə açıqlamasında deyib.

 

Onun sözlərinə görə, bu gün dünyanın hər yerində müharibələr və münaqişələr hökm sürür: “Biz yaxşı başa düşürük ki, bu raketlər haradan gəlir və niyə müharibə edirlər. Dünya təhdidlər qarşısındadır. Onun üçün də biz oturub düşünməli və çıxış yolu tapmalıyıq. Ukraynaya qarşı müharibə Rusiyanın günahıdır. Bu gün təhlükəsizlik məsələləri hər bir ölkənin problemdir. Avropanın vahid bir sülh prinsipinin olması vacibdir. Əgər təhlükəsizlik məsələləri həll olunmasa, biz hər gün narahat yaşamağa məhkumuq”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı