Modern.az

ABŞ-dan Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

ABŞ-dan Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

Aktual

27 Mart 2023, 21:34

ABŞ rəsmisi Azərbaycan və Ermənistana çağırış edib.

 

Modern.az xəbər verir ki, ABŞ Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla telefon danışığı zamanı Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasının regional sülh və inkişaf üçün vacibliyini vurğulayıb.

 

Son vaxtlar bölgədə gərginləşən vəziyyətdən narahatlıq ifadə edilərək bütün anlaşılmazlıqların danışıqlar yolu ilə həllinə çağırış edilib. ABŞ tərəfinin prosesə dəstək verməyə hazır olduğu bildirilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı