Modern.az

Bu, təbliğatın iyrənc formasıdır - Prezidentin köməkçisi 

Bu, təbliğatın iyrənc formasıdır - Prezidentin köməkçisi 

Aktual

19 Avqust 2023, 13:28

Fransanın Azərbaycan əleyhinə təbliğatı davam edir.

 

Modern.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Tvitter paylaşımında bildirib.

 

Hacıyev qeyd edib ki, “France24“ agentliyinin dərc etdiyi məqalədə ermənilərə məxsus olduğu iddia edilən şəkil əslində Agence France-Presse (AFP) tərəfindən 2020-ci ildə çəkilən və Azərbaycan xalqının ağrı-acısını əks etdirən şəkildir, “France24“ həmin şəkli “erməniləşdirib”.

 

“Bu, təbliğatın iyrənc formasıdır, obyektivlikdən və jurnalist etikasından uzaqdır”, - Hikmət Hacıyev vurğulayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı