Modern.az

Traktor xətti zədələdi - Bəzi ərazilərdə qaz kəsildi

Traktor xətti zədələdi - Bəzi ərazilərdə qaz kəsildi

Aktual

24 Avqust 2023, 11:27

"Sumqayıt-Yaşma" magistral qaz xəttini traktor qazma işləri aparan zaman zədələdiyi üçün qəza halı ilə əlaqədar olaraq qaz təchizatı 24.08.2023-cü il tarixdə saat 10:10-dan dayandırılıb.

 

Bu barədə Modern.az-a "Azəriqaz" İB-dən məlumat verilib.

 

Xızı və Siyəzən rayonlarının, həmçinin Sumqayıt şəhərinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.


Hal-hazırda təmir-bərpa işləri aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı