Modern.az

Rafiq Tağının ailəsi prezidentə müraciət etməyə hazırlaşır

Rafiq Tağının ailəsi prezidentə müraciət etməyə hazırlaşır

Ülke

16 May 2012, 09:47


“Biz vəkil ilə danışmışıq prezidentə növbəti dəfə müraciət edəcəyik”. Bunu Modern.az-a açıqlamasında mərhum yazıçı-publisist Rafiq Tağının qardaşı İlqar Tağı deyib. Onun sözlərinə görə, işin ləng aparılması onları bu addımı atmağa məcbur edir.

“Heç bir tədbir görülməyib və ipucu yoxdur. Qətllə bağlı hələki heç bir nəticə yoxdur. Faktiki olaraq iş görülmür”.

Rafiq Tağının ailəsi üçün ayrılan mühafizəyə gəlincə, İ.Tağı bundan da narazı olduğunu bildirib:

“Onlar bir gün olur, beş gün olmurlar. Olanda da blokdan kənarda dayanırlar. Demək olar ki, ailə üçün heç bir mühafizə yerinə yetirilmir. Nə qədər ki, cinayətkar tapılmayıb demək ki, təhlükə sovuşmayıb. Rafiq Tağının  ailəsində işləyən yoxdu və vəziyyət çətindir. Kiçik qızı üçün 180 manat pul verilir ki, o da ancaq kommunal xərcləri ödəməyə çatır”.

Qeyd edək ki, yazıçı-publisist, həkim-kardioloq Rafiq Tağı 2011-ci il noyabrın 19-da naməlum şəxslər tərəfindən bıçaqlanıb. Bir neçə bıçaq zərbəsi alan Rafiq Tağı əməliyyat olunsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Rafiq Tağı 2011-ci il noyabrın 23-də Bakının 1 saylı xəstəxanasında vəfat edib. Üç övlad atası idi. Faktla əlaqədar cinayət işi başlanıb, istintaq gedir..

Anar Kəlbiyev

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı