Modern.az

Dövlət başçılarının yaşadığı iqamətgahlar - MARAQLI

Dövlət başçılarının yaşadığı iqamətgahlar - MARAQLI

Country

9 İyun 2014, 22:18

Özəl həyat tərzi olan dövlət başçılarının yaşadıqları iqamətgahlar da öz özəllikləri ilə fərqlənir. Bir çox hallarda siyasi liderlər rəsmi və qeyri-rəsmi qonaqlarını məhz bu iqamətgahlarda qarşılayır, gözoxşayan bu malikanələrdə ziyafətlər təşkil olunur.

Modern.az saytı prezidentlərin iqamətgahlar barədə oxucuları məlumatlandırır.



Rusiya Federasiyasının prezidenti
Vladimir Putinin əsas iqamətgahı olan “Novo-Oqaryova” malikanəsi 19-cu əsrdə inşa olunub. Malikanə Moskva vilayətinin Odinctova rayonunda, Moskva çayının və Rublyova-Uspenski şossesinin 10 kilometrliyinin arasında olan meşəlik ərazidə yerləşir. Malikanədə qonaqlar üçün xüsusi ev, kimo zalı, idman zalı, alman stilində tikilmiş at saxlamaq üçün yer, helikopter meydançası, ev heyvanlarının saxlanılması üçün xüsusi yerlər, məbəd, istixana və məxfi saxlanılan digər tilikikər var. Vladimir Putin həmkarlarını tez-tez bu malikanədə qarşılayır. Qeyd edək ki, bu iqamətgah yalnız rəsmi prezident seçilən şəxslərin istifadəsi üçün nəzərdə tutulub.



Amerika Birləşmiş Ştatlarının prezidenti
Barak Obamanın iqamətgahı, Vaşinqton şəhəri, Pensilvaniya-avenyu 1600 ünvanda yerləşən “Ağ Ev” Amerikada seçilmiş prezidentlərin rəsmi iqamətgahı sayılır. 1792-ci ildə inşa edilən iqamətgahın ümumi sahəsi 5100 kvadrat metrdir. İqamətgah 132 otaqdan, o cümlədən 16 yataq otağından, 35 sanitar qovşaqdan, üç mətbəxdən, üç liftdən və yeraltı bunkerdən ibarətdir. Barak Obamanın və ailəsinin yaşayışı üçün nəzərdə tutulmuş otaqlar iqamətgahın orta hissəsində yerləşir. Prezidentin və köməkçilərinin kabinetləri isə iqamətgahın qərb hissəsindədir. Barak Obama xidməti fəaliyyəti ilə yanaşı, qeyri-rəsmi tədbirlərin də “Ağ Ev”də keçirilməsinə üstünlük verir.



Fransa prezidentlərinin
rəsmi iqamətgahı “Yelisey sarayı” sayılır. İnşası 1722-ci ildə başa çatan saray 3 mərtəbədən və 365 otaqdan ibarətdir. Fransanın hazırki prezidenti Fransua Olland öz vəzifəsini “Yelisey saray”ında icra etsə də yaşayış üçün öz iqamətgahına köçməyib. Fransua Olland hələ ki, prezident olana qədər malik olduğu üçotaqlı mənzildə yaşayır.



Böyük Britaniyanın 75-ci Baş naziri Devid Kemeron
Londonda Dauninq-strit 10 ünvanda yerləşən, 1530-cu ildə inşa edilmiş iqamətgahda yaşayır. İqamətgah iki saraydan ibarətdir. Baş nazirin iqamətgahında 216 nəfər xidmətçi çalışır. Yeri gəlmişkən qeyd edək ki, Devid Kemeon Londonun Hottinq-Hill məhləsində yerləşən şəxsi evini aylıq 6 min funt sterlinqə icarəyə verib.


Ukraynanın yeni seçilmiş prezidenti Pyotr Poroşenko
yəqin ki, hələ prezident iqamətgahına köşməyə vaxt tapmayıb. Amma “Şokolad kralı”nın hazırda yaşadığı malikanə heç də prezident iqamətgahlarından geri qalmır.



2001-ci ildə Almaniya kansleri
üçün inşa edilmiş “Kansleramt” iqamətgahında kanslerin yaşayışı üçün 200 kvadratmetr sahə ayrılsa da hazırkı kansler Angela Merkel Berlinin mərkəzində yerləşən şəxsi mənzilində yaşamağa üstünlük verib. O, qeyri-rəsmi görüşlərini öz şəxsi mənzilində təşkil edir.



Uruqvay prezidenti Muxika Kordanonun
yaşayış tərzi həmkarlarından tamamilə fərqlənir. O, siyasi liderlərdən fərqli olaraq nə saraylarda, nə də iqamətgahlarda yaşamır. Prezident çox sadə olan bir kənd evində məskən salıb. Ölkənin birinci ledisi ilə bərabər Muxika Kordano həyət-baca işlərini də özü görür, su daşıyır, ağac əkir, torpaq becərir, güllərə qulluq edir.



Cənubi Koreya prezidentinin
rəsmi iqamətgahı “Çxonvade” adlanır. Bu tərcümədə mavi ev deməkdir. Hazırda ölkənin 11-ci prezidenti Pak Kın Henin həm iş, həm də yaşayış yeri sayılan bu iqamətgah milli üslubda inşa edilib. İqamətgahın ümumi sahəsi 250 min kvadrat metrdir. Bu qeyri-adi tikilidə dövlət tədbirləri keçirilməklə yanaşı, həm də turistlərin ən çox ziyarət etdiyi məkandır.



Gürcüstan prezidentinin
paytaxt Tbilisinin Avlabari rayonunda yerləşən iqamətgahı sabiq prezident Saakaşvilinin təşəbbüsü ilə 2004-2009-cu illərdə inşa edilib. İqamətgahın layihəsini Georgi Batiaşvili hazırlasa da tikinti işlərini italyanlı Mikele De Lukki həyata keçirib. Hazırda Gürcüstanın prezidenti Georgi Marqvelaşvili iqamətgaha tam sahiblik edir.

Arzu edək ki, dövlət başçıları öz iqamətgahlarında sağlam və xoşbəxt yaşasınlar. Amma bir şərtlə ki, bu iqamətgahlarda dünyanın haqq və ədalət tarazlığı pozulmasın.

İlham Cəmiloğlu

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı