Modern.az

"Qarabağ" 21 ildən sonra çempion oldu

"Qarabağ" 21 ildən sonra çempion oldu

Образование

7 May 2014, 21:10



Mayın 7-də Azərbaycan Premyer Liqasında 34-cü turun oyunları keçirilib.
Qəbələdə Avroliqaya vəsiqə uğrunda mübarizə aparan iki komanda - "Qəbələ" və "Bakı" üz-üzə gəlib. Bu görüşdə rəqibini 3:1 hesabı ilə məğlub edən "Qəbələ" klubu tarixində ilk dəfə Avropa kuboklarında oynamaq hüququ qazanıb. Belə ki, bu nəticə ilə ən azı 4-cü pilləni özü üçün təmin edən "Qəbələ" komandası yeni mövsümdən ölkəmizi Avroliqada təmsil edəcək.

"Rəvan" öz meydanında "Simurq"dan üstün olub. AZAL  "Neftçi" ilə oyunda doqquz nəfərlə qalmasına baxmyaraq, meydanı bir xalla tərk etməyi bacarıb.
"Xəzər Lənkəran" isə "Sumqayıt"ı 4:1 hesabı ilə məğlub edib.

Turun mərkəzi görüşü isə Tofiq Bəhramov adına Respublika stadionunda baş tutub. Burada turnir cədvəlinin lideri "Qarabağ" ən yaxın izləyicisi "İnter"i qəbul edib. 
Bu görüşdə Ağdam təmsilçisi əmkar oyunla qalib gələrək "İnter"lə xal fərqini 9-a yüksəldib. Bununla da Qurban Qurbanovu komandası yarışın bitməsinə iki tur qalmış çempionluğunu rəsmiləşdirib. 
Bu uğurla "Qarabağ" 21 ildən sonra çempion olub.  Ağdam təmsilçisi bundan əvvəl 1993-cü ildə Azərbaycan çempionatını birinci pillədə tamamlamışdı.

"Qarabağ" – "İnter" - 4:1
"Rəvan" - "Simurq" - 1:0
AZAL - "Neftçi" - 0:0
"Xəzər Lənkəran" - "Sumqayıt" - 4:1
"Qəbələ" – "Bakı" - 3:1


1Qarabağ3421946518+4772
2İnter3419695736+2163
3Qəbələ34176114535+1057
4Neftçi34168104641+556
5Bakı34149114941+851
6XL341112114046–645
7Simurq341111123326+744
8AZAL34613152845–1731
9Rəvan34410201961–4222
10Sumqayıt34410202558–3322


Bombardirlər:
22
 - Reynaldo (Qarabağ)
14 - Vaqif Cavadov (İnter)
12 - Daniel Subotiç (Qəbələ)
11 - Etame Mbilla (Xəzər Lənkəran)
10 - Draqan Çeran (Simurq), Baçana Sxadadze (İnter)
9 - Leroy Corc (Qarabağ)
8 - Əfran İsmayılov (Bakı), Rauf Əliyev

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı