Modern.az

Bəşər Əsəd hamını İŞİD-ə qarşı birləşməyə çağırdı

Bəşər Əsəd hamını İŞİD-ə qarşı birləşməyə çağırdı

Education

21 Noyabr 2014, 12:36



Suriyanın dövlət başçısı Bəşər Əsəd “İraq Şam İslam Dövləti” (İŞİD) terror təşkilatının məhv edilməsi üçün beynəlxalq əməkdaşlığın vacib şərt olduğunu söyləyib. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, partiyası BƏƏS-in Dəməşqdə keçirilən yığıncağında danışan Əsəd deyib: “Bölgəmiz həlledici bir dövrdən keçir. Bunun nəticəsini müəyyən edəcək ən əhəmiyyətli faktor da gerçək və səmimi bir beynəlxalq əməkdaşlığın olub-olmayacağıdır”.

Suriya liderinin fikrincə, İŞİD-in tabeçiliyindəki terrorçu qruplar yoxdan var olmayıb: “Suriyaya qarşı savaş açanların səhvi və təcavüzkar siyasətlərinin meyvəsi olaraq doğulub”.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı