
Dekabrın 8-də Qaradağ rayonunun Lökbatan qəsəbəsində yaşayan Mənsurə Nuriyeva, dekabrın 9-da Yasamal rayonu ərazisində yaşayan Nadejda Zulitova-Loxonova, dekabrın 10-da Sumqayıt şəhərində yaşayan Samirə Zərbəliyeva mənzillərində dəm qazından boğularaq ölüblər.
Modern.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Xəzər rayonunun Albalılıq qəsəbəsində yaşayan Tural Qənbərov, Buzovna qəsəbəsində yaşayan Xalidə Fətullayeva və Əsmər Rizayeva dəm qazından zəhərlənmə ilə xəstəxanalara yerləşdiriliblər.
Modern.az